Qısqanc qadın ərinin cinsiyyət orqanını kəsdi – FOTObackend

Qısqanc qadın ərinin cinsiyyət orqanını kəsdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda 40 yaşlı bir kişi həyat yoldaşının qısqanclığının qurbanı olub.

Yenisabah.az xəbər verir ki, ərinin qadın dostları tərəfindən sevilməsinə dözməyən qadın onun cinsiyyət orqanını qayçı ilə kəsib.

Hadisədən sonra ərinin qan içində olmasına dözməyən qadın təcili yardım çağıraraq onu xəstəxanaya aparıb. Təxminən 7 saat davam edən əməliyyatdan sonra hadisə ilə bağlı açıqlama verən həkimlər cinsiyyət orqanını yerinə tikmək üçün çox səy göstərildiyini bildirib.

Yerli medianın iddialarına görə, qadının bu hərəkətinə həm də ərinin başqa bir münasibəti olduğunu öyrənməsi səbəb olub.

Qısqanc qadın ərinin cinsiyyət orqanını kəsdi  - FOTO
Loading...