“Qiyamət gününün təyyarəsi” Avropaya gəldibackend

“Qiyamət gününün təyyarəsi” Avropaya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“E-6B Merkuri” fevralın 28-də Avropaya gəlib. O, ABŞ Strateji Komandanlığının “hava komandanlığı” statusuna malikdir və adətən “Qiyamət gününün təyyarəsi” də adlandırırlar.

Editor.az bildirir ki, bu barədə ABŞ hərbi Qüvvələrinin Avropa Komandanlığı Twitter-də məlumat verib. Məlumatda qeyd olunur ki, “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “E-6B Mercury” təyyarəsi ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasına aid olan İslandiyaya çatıb”.

Eyni zamanda bildirilir ki, Hərbi şuranın heyəti ABŞ-ın İslandiyadakı səfiri Kerrin Patman və diplomatik və hərbi ictimaiyyətin digər üzvləri ilə görüşüb.

  //Samir Qurbanov, Editor.az