QİYAMƏTƏ QALMAYAN QİSAS: Xocalıda qətliam törədən polkovnikin məhvi – FOTObackend

QİYAMƏTƏ QALMAYAN QİSAS: Xocalıda qətliam törədən polkovnikin məhvi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam Vətən müharibəsi ilə Azərbaycan torpaqlarının işğalına son qoyuldu, müharibə xalqımızın yaddaşında ədəbi qalacaq bir çox erməni vəhşiliklərinin qisasının alınması, əliqanlı qatillərdən hesab sorulması ilə nəticələndi.

Azərbaycanın Müzəffər ordusu Xocalı, Qaradağlı, Ballıqaya, Ağdaban, Başlıbel kimi faciələrinin qisasını qiyamətə qoymadı.

Ordumuzun qisas zərbəsi illər əvvəl Xocalıda dinc sakinlərə divan tutduğu, erməni vəhşiliyinin rəmzinə çevrildiyi üçün öz xalqı arasında “qəhrəman” elan edilən əliqanlı qatil Rüstəm Qasparyandan da yan keçmədi.

Ötən il bugünlərdə – əvvəlcə oktyabrın 16-da yayılan xəbərlərdə əvvəlcə polkovnik rütbəsi daşıyan bu caninin oğlunun (Roma Qasparyanın) öldürüldüyü, özünün ağır yaralı olduğu açıqlandı. Sonrakı günlərdə isə erməni mediası Rüstəm Qasparyanın da məhv edildiyini etiraf etdi.