“Qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər görülməli idi”- Deputat bahalaşmadan NARAZIDIRbackend

“Qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər görülməli idi”- Deputat bahalaşmadan NARAZIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində satılan un və un məmulatlarının, o cümlədən çörəyin qiymətində artım baş verib. Dünəndən cəmiyyətdə bununla bağlı ciddi müzakirələr başlayıb. Bəzi ekspertlər müşahidə olunan sürətli bahalaşmanın  təbii iqtisadi amillərlə bağlı olduğunu düşünsə də bir çoxları qiymət artımının insanların sosial həyatına ciddi mənfi təsir edəcəyini bildirir.

Mövzu ilə əlaqədar Editor.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki,  dünyada baş verən qıtlıq ölkəmizə də təsir edir:

“Bu, gözlənilən idi. Ona görə hökumət qabaqcadan bununla bağlı ciddi tədbirlər görməli idi. Pandemiya və dünyanı bürüyən böhran bu bahalaşmanı əvvəlcədən görməyə imkan verirdi. Ona görə qabaqlayıcı tədbirlərlə qarşısını almaq mümkün idi”.

Millət vəkilinin sözlərinə görə, ölkə ərazisində ərzaq məhsullarında müşahidə edilən sürətli qiymət artımı əmək haqları, sosial müavinətlar, pensiyaların məbləğindəki artımı üstələyir.

//Gülnarə Abasova, Editor.az