“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, problem yoxdur…” – Tahir İmanovbackend

“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, problem yoxdur…” – Tahir İmanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

Bu sözləri Bakupost.az -a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: “Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur”.