Model Britaniyada populyar olan “Love İsland” realiti-şousuna qatılmaq üçün 15 min fund-sterlinqdən çox pul xərcləyib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, münsiflər tərəfindən müsabiqədə iştirak etmə istəyi rədd edilən model Emily Dorrell plastik əməliyyatla “gözəlləşmək” qərarına gəlib.
İngiltərənin Koventri şəhərində doğulub-böyüyən Emili sinəsini və ombasını böyütdürmək üçün 18 min dollar xərcləyib.
Closer Magazine a müsahibə verən Emili bildirib ki, uşaqlıq arzusunu reallaşdırmaq üçün bir neçə dəfə bıçaq altına yatıb.
Amma, onun bu qədər cəhdlərinə baxmayaraq Emili yenə də müsabiqədə iştirak hüququ qazanmayıb.
//Editor.az


