Qızıl medal qazanacağıma əmin idim – Hidayət Heydərovbackend

Qızıl medal qazanacağıma əmin idim – Hidayət Heydərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Euronews” xəbər kanalı Macarıstanda keçirilən “Böyük dəbilqə” turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

Modern.az süjetdə 73 kiloqram çəki dərəcəsində yarışan Heydərovun dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilir.

Cüdoçumuz müsahibəsində deyib: “Bu səhər yuxudan oyananda özümü gümrah hiss edirdim və finala vəsiqə qazanacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm. Buna görə də qızıl medal qazanacağıma əmin idim”.