Qızıl mədəni uçdu, xeyli sayda ölən və yaralananlar varbackend

Qızıl mədəni uçdu, xeyli sayda ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada qızıl mədəninin uçması nəticəsində 14 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Editor.az “Associated Press”ə (AP) istinadən xəbər verir ki, mədənin çökməsi fevralın 20-də Bolivar əyalətində baş verib, yerli hakimiyyət orqanları ölənlərin sayının 30-a çata biləcəyini gözləyir. Bolivar əyalətinin qubernatoru Anxel Marcano yerli jurnalistlərə “Biz xilasetmə işlərini davam etdiririk” deyib. Bəzi insanlar hələ də dağıntılar altındadır, deyə o, aydınlaşdırıb.

AP qeyd edir ki, ölən mədənçilərin qohumları hökuməti cəsədləri uzaq bir yerə köçürməyə çağırmaq üçün əraziyə ən yaxın yerə – La Paraqua şəhərində toplaşıblar. Onlar hesab edir ki, ölkənin bu ərazisində hava şəraiti səbəbindən cəsədlər daha tez çürüməyə başlaya bilər. Agentliyin həmsöhbətlərinin dediyinə görə, ölənlərdən bəziləri elə dağıntı yerində dəfn edilməli olub.

//Samir Qurbanov, Editor.az