Malidə qızıl mədənində tunelin çökməsi nəticəsində 73 nəfər həlak olub.
Editor.az bildirir ki, bu barədə AFP-yə Kanqaba şəhərində qızıl mədənçilərinin nümayəndəsi Oumar Sidibe məlumat verib. Sidibe çökmə zamanı ərazidə 200-dən çox qızıl mədənçisinin olduğunu söyləyib. “Axtarış başa çatıb. 73 cəsəd tapdıq”, – deyə o bildirib.
AFP xəbər verir ki, Mali Mədən Nazirliyi cəsədlərin sayını dəqiqləşdirmədən şaxtaçıların ölümünü elan edən bəyanat yayıb. Agentlik aydınlaşdırır ki, Mali hökuməti mədən sahələrinin yaxınlığında yaşayan vətəndaşları təhlükəsizlik tələblərinə əməl etməyə çağırıb.
Nəşrin məlumatına görə, Mali qızıl istehsalında Afrikada birinci yerdədir. Qızıl mədən sahələrində mütəmadi olaraq torpaq sürüşmələri baş verir və nəticədə çoxlu sayda insan həlak olur.
//Samir Qurbanov, Editor.az

