Qızıl mədənində torpaq sürüşməsi: 10 ölü, 40 itkinbackend

Qızıl mədənində torpaq sürüşməsi: 10 ölü, 40 itkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Sulavesi adasındakı qızıl mədənində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Sürüşmə nəticəsində 10 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü bildirilir.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin sədri Heriyanto, aralarında polis və əsgərlərin də olduğu 164 nəfərlə axtarış-xilasetmə işlərinin aparıldığını və qrupların sürüşmənin baş verdiyi əraziyə çatmaq üçün təxminən 20 kilometr yol getdiyini bildirib.

Həmçinin evlərə və körpülərə də ziyan dəyib.

//Samir Qurbanov, Editor.az