Qızıl satanlar cərimə oluna bilərbackend

Qızıl satanlar cərimə oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştərilər qızıl alanda nə qəbz tələb edirlər, nə də onlara çek verilir.

Bəs niyə qızıl alarkən qəbz verilmir?

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı Xalid Kərimli açıqlama verib:

“İstər nəğd, istərsə də POS-terminaldan ödəniş zamanı mütləq şəkildə alıcıya qəbz təqdim edilməlidir. Əgər nəğd şəkildə ödəniş qəbul edilirsə, bu zaman nəzarət kassa aparatından çıxarılmış qəbz olmalıdır. Əgər POS-terminaldan qəbul edirsə, POS-terminaldan çıxarılmış ödənişi təsdiq edən sənəd olmalıdır. Ödənişi POS-terminaldan qəbul etməyib, çek təqdim etmirsə, bu sahibkar üçün problem yarada bilər”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.