“Qızıl top” mükafatının sahibinin evinə silahlı basqın oldu: ulduz futbolçu ağır xəsarətlər aldıbackend

“Qızıl top” mükafatının sahibinin evinə silahlı basqın oldu: ulduz futbolçu ağır xəsarətlər aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-də axşam saatlarında silahlı quldur dəstəsi italyan futbolçu və “Qızıl top” mükafatının sahibi Roberto Baconun villasına soxulub.

Soyğunçulara müqavimət göstərmək istəyən futbolçu tapança ilə başına zərbə alıb və bütün ailəsi ilə birlikdə otağa qapadılıb. Baco qapını sındıranda isə cinayətkarlar artıq qaçıblar.

Oğurluq zamanı futbolçu bütün ailəsi ilə birlikdə Avro-2024-ün İspaniya-İtaliya matçını izləyirmiş. Futbolçunun ailəsi televizor qarşısında olub, villada siqnalizasiya sistemi söndürülüb. Güman edilir ki, həmin axşam güclü istidən evdə bir neçə pəncərə və qapı da açıq olub. Qəzetin yazdığına görə, cinayətkarların sayı azı 5 nəfər və onlar italyanca, lakin əcnəbi ləhcə ilə danışıblar. Soyğunçular evdən qiymətli əşyaları çıxararkən futbolçu və ailə üzvləri otaqda təxminən 40 dəqiqə bağlı qalıb. “Qızıl top” sahibi cinayətkarların getdiyini anlayanda qapını sındıraraq polisə müraciət edib. Tezliklə futbolçu xəstəxanaya yerləşdirilib və yarasına bir neçə tikiş qoyulub. Dəymiş ziyanı dəqiq qiymətləndirmək hələlik mümkün deyil. Lakin quldurlar pul, saat və zinət əşyalarını aparıblar.

//Samir Qurbanov, Editor.az