Qızılın qiymətində artım qeydə alınıbbackend

Qızılın qiymətində artım qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarük üçün qızıl füçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə bir trua unsiyası üçün 3 350 dollardan yuxarı qalxıb.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.

Bakı vaxtı ilə saat 15:50-yə olan məlumata görə, qızılın qiyməti 1,49% artaraq, bir trua unsiyası üçün 3 350.60 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:08-də qızılın qiyməti cüzi artımını sürətləndirərək unsiya üçün 3 355 dollara (+1,62%) çatıb.