“Qızım haqda artıq-əskik danışanı dişimlə didərəm, şapalaq boynunun arxasından dəyər”backend

“Qızım haqda artıq-əskik danışanı dişimlə didərəm, şapalaq boynunun arxasından dəyər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qısqanclıq, paxıllıq bizim sənətdə artıq pik həddə çatıb. Olmayan şeylərdən danışırlar, sümüklərimizi “yuyurlar”. Bir şey var ki, onların qısqanclıq etməyi ilə deyil. Bütün sənət yoldaşlarımıza demək istəyirəm ki, ömür qısadır. İnsanları itirəndən sonra onun sənətinin böyüklüyündən, insanlığından danışırlar. İtirəndən sonra qədrini bilməyə başlayırlar. Bu xoş sözləri əvvəldən deyib, insanı ruhlandırmaq olmazmı?! Vallah hər birimiz həyatda qonağıq. Hər birimiz bir gün o haqq dünyasında sual-cavabdan keçəcəyik. Bircə onu fikirləşsinlər ki, o sual-cavabdan necə çıxacaqlar?! Qısqanclıqla, paxıllıqla, bir-birlərinə olar-olmazın yaxdıqları sözlərlə, pisliklə hara qədər gedib çıxmaq olar?! Vallah bu gündən bir dəqiqə sonraya gümanımız yoxdur. Nə qədər gözəl insanları itirə-itirə gəlirik”.

Editor.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. Müğənni sənət yoldaşlarının yalanlarından da danışıb.

“Dəfələrlə nömrəmi istəyiblər, deyiblər ki, Samirə xanım burada yoxdur. Bakıda ola-ola deyiblər ki, Samirə xanım Rusiyadadır! İndi Rusiyadayam da! Mən amma hamının nömrəsini verirəm, yeri gələndə onlara toy da verirəm. Onların bu cür etməyi heç nəyi dəyişmir. Nə mənim qazancım onlara getmir, nə də ki, onların qazancı mənə gəlmir. Qızım Fərəhlə efirlərə çıxıram, duetlər ifa edirəm, buna da paxıllıq edirlər. Hələ ki, məndən bir az qorxuları var deyə çəkinirlər, qorxurlar. Məndən çəkinməsələr bəlkə də uşağımın ətini yeyərlər. Bilirlər ki, mənim o biri üzüm də var. Uşağım üçün nəsə deyəni dişimlə, dırnağımla gəmirərəm. Gözəl səsi var, 3 klip çəkdirib, musiqi duyumu güclüdür. Mən bilməzdim ki, qızım bu cür oxuya bilər. Sənətə gələndə qorxurdum ki, birdən məni doğrulda bilməz, xəcalət çəkərəm. Bu gün onunla fəxr edirəm. Cavandır, hələ irəli də gedəcək, ona xeyir-duamı da vermişəm. Nə qədər canım sağdır, ona dəstəyəm. Haqqında söz deyənin şapalaq boynunun arxasından dəyər. Yalandan deyirlər ki, sponsoru var. Sponsoru olsaydı şou proqramlara niyə gedirdi? Demək ki, o istedadlıdır, demək ki, o parıldayır ki, danışırlar” deyə müğənni bildirib.

Müğənni Rusiyada gizlincə ailə həyatı qurması ilə bağlı xəbərlərə də aydınlıq gətirib.

“Xeyr, ailə həyatı qurmağa getməmişəm. Evlənsəm hamı biləcək. Söz-söhbətlərdən bezmişəm. Bir-iki nəfəri çıxmaq şərtilə incəsənətdə heç kim, heç kimə dost deyil. Hamı üzdən yalandan gülüb, arxaca danışanlardır. Bunu səmimiyyətimlə deyirəm. 40 ildən çoxdur ki, bunların içindəyəm, sənətin cikini-bikini, sənətkarın qocasını-cavanını tanıyıram. Onların içində böyümüşəm. Savadımla onların hamısına meydan oxuyaram” deyə müğənni deyib.