Qızlar partnyor seçərkən niyə ata və ana modelinə üstünlük verirlər? – MÜNASİBƏT BİLDİRİLDİbackend

Qızlar partnyor seçərkən niyə ata və ana modelinə üstünlük verirlər? MÜNASİBƏT BİLDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəmiyyətdə tez-tez yaşlı kişilərin cavan və subay, yaxud boşanmış, hətta ərdə olan xanımlarla, həmçinin yaşlı qadınların gənc oğlanlarla, yaxud ailəli, lakin özündən yaşca çox kiçik kişilərlə münasibət qurması hallarına rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında “Aura” psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist və yaşam koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, tanıdıqlarımız arasında da artıq belə hallara sıx-sıx rast gəlinir: “Bütün bunların kökündə psixoloji səbəblər dayanır. Belə ki, gənc oğlanlar yaşlı xanımlarla münasibətdə uşaqlıqda doya bilmədiyi anasını axtarır, yaxud da özgüvən əskikliyi səbəbindən işini qura bilmir və daha yaşlı, imkanlı xanımlarla münasibət qurmaqla güzəranını təmin etmək istəyir.

Gənc və ya orta yaşlı xanımların özündən 17-20 yaş böyük kişilərə maraq göstərməsinin kökündə də araşdıranda adətən uşaq vaxtı yetəri qədər ata sevgisi görmədiyi ortaya çıxır. Belə ki, bəzən ailələrdə ilk övlad qız olur və sonra digər uşaqlar dünyaya gələndə istər-istəməz digər körpəyə və ya körpələrə diqqət artdıqca ailənin böyük övladında özünə qarşı sevginin azaldığı düşnücəsi formalaşır və həm ailədəki özündən kiçik uşaqlara paxıllıq hissi, həm də ata sevgisinə ehtiyac yaranır. Çünki qız uşaqları ataya, oğlan uşaqları isə anaya bağlı olur və böyüyəndə də qızlar partnyor seçərkən ata modelinə, oğlanlar isə ana modelinə üstünlük verirlər. Biz yaşlı və çox çirkin bir kişi ilə nisbətən gənc qadını, yaxud yaşlı qadınla gənc kişini görəndə təəccüblənə bilərik, amma onlar bunu hiss etmirlər və hətta onları qınayan olsa təəccüblənəcəklər ki, niyə insanlar onların sevgisinə inanmırlar? Əslində isə həqiqətən də burda sevgidən yox, psixoloji travmadan danışmaq olar”.

“Bu mövzuda danışarkən bəzi qadınların daha çox rəhbər işçilərə diqqət göstərməsini də istisna etmək olmaz. Bəzi qadınlar müxtəlif hədiyyələrlə də olsa yaşlı və heç də gözəl, xarizmatik olmayan rəhbər şəxslərə ilgi göstərməklə onların diqqətini cəlb etmək, gizli sevgilisi olmaq və daha çox üstünlük əldə etməyə çalışarkən, bəzi yaşlı və təsadüfən kiçik bir mövqe əldə etmiş kişilər də öz yaşlılıqlarını gizlətmək, ətrafa “hələ canım suludur” mesajını vermək, öz eqosunu təmin etmək üçün özlərindən 17-20 il kiçik xanımlarla münasibətə maraq göstərir, hətta buna özləri təşəbbüs göstərir, xanımların hansısa problemindən, depressiv vəziyyətindən ustalıqla istifadə edirlər.

Təbii ki, 55-65 yaşlarında artıq orqanizmin qocalmağa başladığı bir vaxtda gündəlik problemlərin, qayğıların məngənəsində sıxılan bu cür kişilərin hansısa cinsi aktivliyindən danışmağa dəyməz və bu yaşlarda sosial və psixoloji vəziyyətindən istifadə edərək gənc xanımlarla münasibətə meyl edən kişilər cinsi aktivlik fazasını geridə qoyduqları üçün əksəriyyəti daha çox “fransız sevgisi” ilə məşğul olurlar. Bu isə təbii ki, onlarla ilişgiyə girən, əsasən də geniş yayılmış vaginizmdən əziyyət çəkən xanımları daha çox məmnun edir və qadın da əgər 35-40 yaşı tamamlayıbsa, boşanmış, yaxud uğursuz, sevgisiz bir nikahı varsa, həyatının “ikinci baharı”nda gizli bir münasibət yaşamaq istəyir, öz yaşıdlarından əvvəlki kimi diqqət və sevgi görə bilmirsə və yaşlandığını hiss edir, lakin bunu qəbullana bilmirsə, həmyaşıdlarının daha gənc xanımlara baxdığını müşahidə edirsə, özünə qarşı daha yaşlı, məsələn 55-60 yaşlarında kişilərdən diqqət gördükdə və qeyri-ənənəvi cinsi münasibətə, yəni “fransız sevgisi”nə meylli olduğunu hiss etdikdə daha çox məmnun olurlar. Bütün bunlar heç də normal hal deyil və normal da qarşılanmır. Ona görə də özündən yaşlılara, yaxud cavanlara meyl hiss edən şəxslərin psixoloji dəstək alması çox vacibdir k, bü cür münasibətlər gələcəkdə daha böyük problemlərə yol açmasın” – deyə o, əlavə edib.