“Qızlarımız “TikTok”u əxlaqsız platformaya çeviriblər” – VİDEObackend

“Qızlarımız “TikTok”u əxlaqsız platformaya çeviriblər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”TikTok” qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da”. 

Editor.az  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Rövşanə “TikTok” sosial şəbəkə platformasını mənəvi terror adlandıraraq tənqid edib:

“Müğənnilər “TikTok”a normal mahnılarını qoysalar, nə olar? “Facebook” bu gün ən ciddi platformaya çevrilib. Nə üçün “TikTok” deyirik? “TikTok”u biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır”.