Qladkov: Ukrayna dronları Belqorod vilayətində zərbələr endiribbackend

Qladkov: Ukrayna dronları Belqorod vilayətində zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Belqorod vilayətinin dörd müxtəlif bələdiyyəsini hücuma məruz qoyub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov öz Telegram kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, PUA-lardan biri Posoxovo kəndində fərdi yaşayış evinin həyətində partlayıb. Partlayış nəticəsində evin pəncərələri sınıb, ön fasadı zədələnib və qaz xətti sıradan çıxıb.

Hadisə yerində operativ xidmətlər araşdırma aparır.

//Samir Qurbanov, Editor.az