Qlazqo şəhərində sənaye obyektində yanğın baş veribbackend

Qlazqo şəhərində sənaye obyektində yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Sun” xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərindən bir qədər aralıda sənaye obyektində yanğın baş verib və partlayış səsləri eşidilib. Ölənlər barədə məlumat yoxdur.

Fövqəladə hadisə dünən, iyunun 23-də axşam saatlarında Eldersli kəndində (Qlazqo mərkəzindən 17 km qərbdə yerləşir) Linvud sənaye zonasının ərazisində baş verib. Yanğının söndürülməsinə 10 ədəd texnika cəlb olunub. Polis yanğın baş verən ərazidə yolları bağlayıb.

Yerli sakinlərə pəncərələri açmamaq tövsiyə olunub. Yanğının nədən baş verdiyi məlum deyil. Qlazqo hava limanının sözçüsü hadisənin uçuş cədvəllərinə təsir etmədiyini bildirib.

//Samir Qurbanov, Editor.az