Qlobal maliyyə böhranı ehtimalı artırbackend

Qlobal maliyyə böhranı ehtimalı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ-ın borc tavanının artırılması fonunda ölkə borcunun defolt edilməsi tamamilə realdır.

Editor.az bildirir ki, bu barədə CNN xəbər verib. Nəşrin məlumatına görə, bu bəyanatla ABŞ-ın maliyyə naziri Canet Yellen Konqresə xəbərdarlıq edib və bildirirb ki, dövlət borcunun yuxarı həddi həmin vaxta qədər yüksəldilməzsə, ölkə iyun ayına kimi öz maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Yellen həmçinin qeyd edib ki, borcun məhdudlaşdırılması ilə bağlı razılıq əldə olunmasa, “qlobal maliyyə böhranı” ola bilər. Xəzinədarlıq Departamenti hazırda veksellərin vaxtında ödənilməsini davam etdirmək üçün “fövqəladə tədbirlər” görür.

ABŞ-ın ikinci ən böyük bankı olan “Bank of America”nın baş direktoru Brayan Moynihan defolt ehtimalını təsdiqləyib və böhranın digər ölkələrə də təsir edə biləcəyini qeyd edib. Moynihan “Biz buna hazır olmalıyıq, təkcə bu ölkədə deyil, dünyanın digər ölkələrində də… Siz bunun baş verməyəcəyinə ümid edirsiniz, amma ümid strategiya deyil, ona görə də hazır olun” – dedi.

//Samir Qurbanov, Editor.az