Oktyabrın 10-da Türkiyə mətbuatı xəbər verir ki, daha əvvəl İsraildə saxlanılan 90-dan çox “Qlobal Sumud” flotiliya fəalı Türkiyəyə gəlib.
Onları İordaniyadan Türkiyəyə “Türk Hava Yolları”nın xüsusi reysi aparıb. Təyyarədə 18-i Türkiyə vətəndaşı ilə yanaşı 21 ölkə vətəndaşı olub. Türkiyə Xarici İşlər Nazirliyi daha əvvəl 94 nəfərin İstanbula aparılmasının planlaşdırıldığını açıqlamışdı.
Türkiyə daha əvvəl də donanma missiyasında iştirak edən təxminən 120 vətəndaşını digər ölkələrin nümayəndələri ilə birlikdə vətənə qaytarmışdı.
Qeyd edək ki, “Qlobal Sumud” donanması təxminən bir ay əvvəl Tunisdən Qəzzaya yola düşmüşdü. Onların məqsədi humanitar yardım çatdırmaq idi. Oktyabrın əvvəlində İsrail ordusu 42 gəmini ələ keçirmiş, 450 nəfəri saxlamış və onların əksəriyyətini deportasiya etmişdi.
//Samir Qurbanov, Editor.az

