“Qobu Park-2” yaşayış kompleksində vətəndaşlar yaşadıqları mənzillərin divarlarının çatlamasından narazıdılar. Aidiyyəti qurumlar problemi müvəqqəti çıxış yolunu divarlara sement vurmaqda görsələr də, sakinlər bununla razılaşmırlar.
Oxu.Az-a danışan sakinlərin sözlərinə görə, yeraltı qrunt suları binanın bünövrəsini yumşaltdığı üçün əyilmələr yaranır.
Sözügedən hal yekunda divarlarda çatların meydana gəlməsi ilə nəticələnir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.