QOBUSTAN İCRA BAŞÇISININ YARIM MİLYONLUQ ŞÜBHƏLİ TENDERİ – FAKTbackend

QOBUSTAN İCRA BAŞÇISININ YARIM MİLYONLUQ ŞÜBHƏLİ TENDERİ – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda icra hakimiyyətlərinin şübhəli tender əməliyyatları ənənə halını almaqdadır. Bu tenderlər artıq korrupsiyanın bir elementinə və mexanizminə çevrilməkdədir.
İcra başçıları və məmurlar büdcə vəsaitlərini mənimsəməyin ən təhlükəsiz yolunu tapıblar, özlərinə yaxın şirkətləri tenderlərdə qalib elan etməklə milyonları talan edirlər.
TİA.Az xəbər verir ki, növbəti şübhəli və müəmmalı tender “əməliyyatı” Qobustan rayonunda olub.
Rayon icra başçının Qobustan şəhər üzrə İcra nümayəndəliyi tərəfindən “Sabirabad Dəmir Beton” ASC-nin küçələrin işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tenderində qalib gəldiyini açıqlanıb. Qobustanda şəhərin küçələrinin işıqlanması üçün nə az, nə çox 440 201.95 manat ASC-yə ayrılıb.

Bu, təxminən yarım milyona yaxın vəsaitdir. Qobustan isə özü böyük rayon deyil, şəhər ərazisində də çoxlu küçələr yoxdur. O halda işıqlanma üçün 440 mindən yuxarı vəsait nəyə lazımdır? Bu, olduqca şübhəli tenderdir. İşıqlanma ilə bağlı müsabiqənin qalibinin “Sabirabad Dəmir Beton” ASC olması da ayrıca sual və müəmma doğurur.
Qeyd edək ki, rayonun icra başçısı Adil Məmmədovdur. O, Oğuz rayonu Padar kəndində “Pravda” kolxozunda baytar həkim, sonra həmin kolxozda sədr müavini işləyib.
1982-ci il tarixdən Xaçmaz kəndi “Lenin” adına kolxozun idarə heyətinin sədri, Aqrokombinatında baş direktor, sonra Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi çalışıb.
Sonrakı illərdə Oğuz, Qəbələ, Biləsuvar rayonlarında icra başçısı olub. 2011-ci ildən, düz 10 ildir ki, Qobustan rayon icra başçısı vəzifəsini daşıyır.

Loading...