İtaliya A Seriyasında mübarizə aparan “Yuventus” mövsümün sonunda Paulo Dyabala ilə yolları ayırmağı düşünür. Turnir təmsilçisi ondan qalan mövqe üçün artıq axtarışlara başlayıb. Editor.az İtaliyanın “La Gazzetta dela Sport” nəşrinə istinadən xəbər verir ki, “Qoca sinyora” Romanın iki futbolçusu ilə maraqlanır. Bundan əvvəl hücum xəttini gücləndirmək istəyən “Yuventus” “Liverpulun” ulduz futbolçusu Məhəmməd Salahı da transfer etmək istəyirdi. Ancaq misirli futbolçu ilə maaş məsələsində razılıq əldə olunmayıb.
Qabriel Jesus isə “Mançestr Siti”dən ayrılmağı düşünür. Onun şəhərliləri tərk etmək istəyinin əsas səbəbi “City” nin heyətinə yeni hücumçu almaq istəyidir. Jesus düşünəcək ki, yeni hücumçudan sonra o heyətə düşə bilməyəcək. Onun komandadan ayrılmaq istəyindən isə “Yuventus” onu transfer etməklə yararlanmaq istəyir.
//Nəzərbəy Hacıağayev, Editor.az

