Qocalar evində yanğın – 8 nəfər ÖLDÜbackend

Qocalar evində yanğın – 8 nəfər ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın paytaxtı Belqradda qocalar evində yanğın baş verib. 

Milli.Az xəbər verir ki, dövlət RTS televiziyasının verdiyi məlumata görə, Belqradın cənub kənarında yerləşən Barajevo bələdiyyəsində səhər saat 3:30 radələrində baş verən yanğında 8 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Fövqəladə hallar sektorunun zabiti Luka Kausiç evdə 30 nəfərin olduğunu bildirib:

“Bu, böyük faciədir, lakin daha da pis ola bilərdi” .

Yaralılar Belqraddakı xəstəxanaya yerləşdirilib.