Qomel aerodromu ərazisində partlayışlar baş verirbackend

Qomel aerodromu ərazisində partlayışlar baş verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Qomel şəhəri yaxınlığında yerləşən Zyabrovka aerodromunun ərazisində partlayış səsləri eşidilir.

Editor.az-ın məlumatına görə bu barədə “Belarusian Gayun” xəbər verir. İlkin məlumata görə, 10 dəqiqə ərzində ən azı 4 yanıb-sönmə müşahidə edilib. Digər mənbələrə görə, saat 00:30-dan başlayaraq ən azı 8 partlayış qeydə alınıb.

“Əvvəllər Belarus Respublikasının Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunlarının və Hərbi Hava Qüvvələrinin canlı atəşlə təlimlərinin keçirilməsi barədə məlumat verib, lakin onların Zyabrovka ərazisində alovlanma ilə bağlı olub-olmadığı bilinmir”. Xatırladaq ki, iyulun 7-də Ukrayna tərəfi Belarusun Zyabrovka aerodromunun rusların nəzarətinə verilməsi ilə bağlı məlumat yaymışdı: “Belarusdakı Zyabrovka aerodromuna artıq tam şəkildə ruslar nəzarət edir. Hazırda orada Rusiya hərbi bazası yaradılır. Burada “İsgəndər-M” raket kompleksinin raket batalyonu və S-400 batalyonu da var”.

  Editor.az