Qonaqlıqda güllələnən qız özünü ölülüyə vurub, rəfiqəsinə səs yazısı göndərdi – AUDİO/FOTObackend

Qonaqlıqda güllələnən qız özünü ölülüyə vurub, rəfiqəsinə səs yazısı göndərdi – AUDİO/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yekaterinburq şəhərində bir evdə kişinin öz qonaqlarını, sonra isə özünü öldürməsi ilə bağlı cinayətin təfərrüatı bəlli olub.

Bu barədə qurbanlardan birinin rəfiqəsi “Veçernıy Moskva”ya danışıb.

Bildirilir ki, qızlar görüşüblər və kişilərlə birlikdə vaxt keçiriblər.

“…Hər şey yaxşı idi, sonra (kişi) qızlara sataşmağa başladı, onlar kişini itələdilər və təhqir etməyə başladılar. Digərləri, onların dostları, qızları qorumağa başladılar, kişi də karabini götürərək hamısını güllələdi”, – deyə müsahib bildirib.

“Kriminalnaya Rossiya”nın məlumatına görə, atışma vaxtı yaralanan qız rəfiqəsinə səs atıb. O, pıçıltı ilə özünü ölülüyə vurduğunu, bundan sonra cinayətkarın o biri otağa keçdiyini deyib.

Səs yazısını alan rəfiqə dərhal polisə xəbər verib.

Qeyd edək ki, Yekaterinburqda qonaqlıq zamanı dörd nəfərin ölümü ilə cinayət hadisəsi baş verib. Təfərrüat bəlli olmasa da, bildirilir ki, mənzildə güllə yarası izləri olan cəsədlər tapılıb. Qatil intihar edib.

Məlumata görə, bir nəfər polisə zəng edərək, girov saxlanıldığını deməyə imkan tapıb.

Tezliklə hadisə yerinə gələn polislər qapını açıblar, yetkinlik yaşına çatmayan yaralı bir qız və yanında dörd nəfərin cəsədini aşkarlayıblar. Cəsədlərdən birinin yanında qatilə aid “Sayqa” tipli karabin olub.

Tezliklə otaqlardan birində faciənin başqa bir şahidi, yetkinlik yaşına çatmayan qız tapılıb. O, xəsarət almayıb.

 

Loading...