Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya doğulduğu Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşə gəlib.
O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bildirib. O əlavə edib ki, vaxtından əvvəl istefa verəcəyi təqdirdə Abxaziyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
“Biz öz hakimiyyətimi qorumaq üçün yox, dövlətçiliyi qorumaq üçün toplaşmışıq. Prezident Administrasiyasında olanlar ordan getməlidir. Bundan sonra mən seçkiləri elan edəcəyəm və istefa verəcəm”, – o deyib.
//Samir Qurbanov, Editor.az