“Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb” – Hikmət Hacıyevbackend

“Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb” – Hikmət Hacıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.

Editor.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib: “Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin “müdafiə naziri” artıq cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar”.