Qondarma rejimin “müdafiə naziri” öldü – YENİLƏNİBbackend

Qondarma rejimin “müdafiə naziri” öldü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə erməni sosial şəbəkələrində bildiriblər.

Qeyd olunur ki, “müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırıIan Cəlal Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb. Yeni “nazirin” vəzifəyə təyinatı da onu təsdiq edir ki, Arutyunyan artıq yoxdur.

———
09:51

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan vəzifəsindən azad edilib.

Editor.az Trend-ə istinadən bildirir ki, qərarı qondarma rejimin “rəhbəri” Araik Arutyunyan qəbul edib.

Onun sözlərinə görə, buna səbəb C.Arutyunyanın döyüşlərdə yaralanması olub.