Qondarma respublikanın “parlamenti”ndə atışma: “deputat” öldürüldübackend

Qondarma respublikanın “parlamenti”ndə atışma: “deputat” öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Abxaziya respublikasınınn “Dövlət Təhlükəsizliyi Xidməti” deputat Vaxtanq Qolandziyanın bir gün əvvəl öldürüldüyü odlu silahın parlament binasına necə gətirildiyini müəyyən edə bilmir, çünki əməkdaşlarının deputatları axtarmağa ixtiyarı yoxdur.

Editor.az xəbər verir ki, bu barədə idarə rəisi Dmitri Dbar deyib. O vurğulayıb ki, Abxaziya “parlamentariləri” xüsusi subyektlər sırasındadırlar, ona görə də “Dövlət Təhlükəsizlik Xidməti”nin əməkdaşları onları silah-sursat, o cümlədən qanunla qadağan olunmuş maddələrə görə yoxlamaq imkanından məhrumdurlar.

“Ona görə də silahın parlamentin palatasına necə daxil olduğunu deyə bilmərik”, – Dbar bildirib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” onu da bildirib ki, atışmadan dərhal sonra mühafizəçilər yaralılara ilkin tibbi yardım göstərib, sonra isə onların həkimlərə çatdırılmasına köməklik ediblər.

Xatırladaq ki, dünən Abxaziya parlamentində mədən işini qadağan edən səs-küylü qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı qanunvericilər Adqur Xaraziya və Kan Kvarçia arasında mübahisə başlayıb. İştirakçılar sözdən hərəkətə keçdilər. Digər deputat Vaxtanqi Qolandzia rəqibləri ayırmağa cəhd etsə də, başından yaralanıb. Yaranın ölümcül olduğu məlum olub və o, xəstəxanada dünyasını dəyişib. Kvarchia sağ qalıb. Xaraziya qaçıb və axtarılır.

//Samir Qurbanov, Editor.az