Qondarma separatçı rejimin “vəzifə dəyişikliyi”nə Azərbaycan hansı cavabı verəcək?-Deputatdan ŞƏRHbackend

Qondarma separatçı rejimin “vəzifə dəyişikliyi”nə Azərbaycan hansı cavabı verəcək?-Deputatdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan öz ərazisində hansısa separatçı qurumu tanımır. Onların “vəzifəli şəxs” anlayışı bizim üçün yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dekabr ayının sonunda dünya azərbaycanlılarına müraciətində və 10 yanvarda yerli mediaya müsahibəsində açıq formada bəyan edib ki,  2023-cü il Ermənistan üçün son şansdır:

“Vətən müharibəsindən sonra Ermənistanın havadarları İran, Fransada davamlı olaraq separatçıları ayaqda saxlamaq istədilər. Amma Azərbaycanda mövcud hakimiyyətin qətiyyətli mövqeyi, dövlətimizin artan hərbi gücü, nüfuzu həmçinin ölkəmizin Avropada enerji təhlükəsizliyinə önəmli, güvənilir qatqısı imkan verdi ki, bölgədə məhz onun iradəsi reallaşsın. Bu gün istər separatçıların saxtakar, quldur rejiminə münasibətdə , istərsə də Ermənistan hakimiyyətinin sülh danışıqları ilə bağlı son açıqlamalarına münasibətdə görünən odur ki, artıq həqiqətən də qarşı tərəf 2023-cü ilin son olduğunu anlamağa başlayıb”.

Deputat vurğulayıb ki, Ermənistan Fransaya güvənə bilməz:

“Nə qədər dildə ifadə etsələr də rəsmi Parisin hansı səviyyədə Gürcüstana dəstək olduğunu hamımız gördük. Rusiya Ermənistan münasibətlərindən isə bu vəziyyətdə danışmağa dəyməz.Son nəticədə Azərbaycan istədiyinə nail olmaqdadır. Biz son şansı vermişik. Prezident İlham Əliyevin də dediyi kimi daha uzun müddət onların qərar verməsini gözləmək niyyətində deyilik. Azərbaycan Vətən müharibəsində özünün sərhəd bütövlüyünü təmin edib. Ölkəmizin sərhədləri daxilində baş verən nə varsa, bizim daxili işimizdir. Azərbaycan daxilində müxtəlif bölgələrimizdə müxtəlif zamanlarda cinayət hadisələri baş verir. Eyni zamanda, hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə baş verən bu əməllər də pozuntudur, cinayət faktıdır. Bu cür cinayətkar ünsürlərə qarşı mübarizə rəsmi Bakının haqqıdır. Ölkəmiz bütün lazımı addımları atacaq. İstər separatçılar, istərsə də onların rəhbərliyi lazımı səviyyədə cəzasını alacaq “.

//Safura Bənnayeva, Editor.az