Qonşu dövlətdə koronavirusun “Eta” ştammı yayıldıbackend

Qonşu dövlətdə koronavirusun “Eta” ştammı yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda koronavirusun “Eta” (Nigeriya) ştammı yayılıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, ölkədə həmçinin koronavirusun “Delta” (Hindistan), “Alpha” (Britaniya), “Uhan” variantları da yayılıb.

“Eta” ştammı 2020-ci ilin dekabr ayında ortaya çıxıb. Bu varianta ilk yoluxma Nigeriya və Britaniyada müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının 15 sentyabr 2021-ci il tarixinə olan məlumatına görə, “Eta” ştammı dünyanın 77 ölkəsində qeydə alınıb.

Onun əlamətləri “Alpha” və “Beta” (Cənubi Afrika) suşları ilə eynidir: yüksək hərarət, öskürək, qoxu və dad itkisi.