Qonşu dövlətlər tərəfindən ölkəmizə qarşı təxribatlar: “Heç biri cavabsız qalmayacaq “-AÇIQLAMAbackend

Qonşu dövlətlər tərəfindən ölkəmizə qarşı təxribatlar: “Heç biri cavabsız qalmayacaq “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və Rusiya bu təzyiqlər vasitəsilə Azərbaycandan öz istədiyini almağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya Mərkəzi Aparatın sədri Kamran Məmmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son illərdə, xüsusilə 44 günlük müharibədəki qələbəsindən sonra bu qonşu ölkələrin təsirindən çıxmaqla onları ciddi narahatçılığa qərq edib :

“Hazırda İranın məqsədi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmaq və Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. Eyni zamanda, İran İsrail-Azərbaycan münasibətlərini bəhanə gətirərək özünü lüzumsuz yerə qorxuya salır. Halbuki rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə icazə verməyəcək.
Ümumiyyətlə Azərbaycan son hadisələrə qədər heç vaxt İran əleyhinə siyasət yürütməyib. Bundan sonra da yürütmək fikrində deyil, ancaq bizə qarşı atılan addımlar da cavabsız qalmayacaq” .

K.Məmmədlinin sözlərinə görə, Rusiya  bölgədə öz varlığını qorumağa çalışır:

“Bunun üçün də məqsədi sülh sazişinin imzalanmasına müxtəlif yollarla mane olmaqdır. Hesab edirəm ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində Türkiyəni də yanına alaraq bu təxribatlara qarşı birgə addım atmalıdır . Çünki müəyyən qüvvələr öz maraqları naminə Azərbaycandan istifadə edə bilər, təxribata çəkərək Ukrayna timsalındaki kimi hərb poliqonuna çevirə bilərlər. Bu səbəbdən Azərbaycan maksimum dərəcədə ehtiyatlı davranmalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərəkət etməlidir. Lazım gəldikdə sərt üzünü də göstərməli, etiraz notalarını təqdim etməlidir. Fikrimcə bu formada balanslı siyasəti axıra kimi qorumaq lazımdır. Hazırda bizim bir düşmənimiz var, o da Ermənistandır .Tam olaraq bu məsələyə yönələrək Ermənistanı təcili şəkildə sülhə məcbur etməliyik”.

//Safura Bənnayeva, Editor.az