Qonşu dövlətlərdə siyasi vəziyyət günü-gündən gərginləşir: NƏ BAŞ VERİR?- Millət vəkilindən ŞƏRHbackend

Qonşu dövlətlərdə siyasi vəziyyət günü-gündən gərginləşir: NƏ BAŞ VERİR?- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar yerləşdiyimiz region çox gərgin siyasi mənzərəsi ilə beynəlxalq gündəmin aktual mövzusuna çevrilib”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, qonşu dövlətlərdə siyasi vəziyyət günü-gündən gərginləşir:

“İranda dərinləşən etiraz aksiyaları bütün ölkəni əhatə etmiş, insanlar dövlətdən öz hüquq, azadlıqlarını tələb etməyə başlamışdır. Rusiyada elan olunmuş qismən səfərbərlik bu ölkədə yüz minlərlə insanı qaçmasına və sərhədlərdə böyük sıxlıqların əmələ gəlməsinə səbəb olmuşdur. Ermənistanda siyasi-iqtisadi böhran isə günü-gündən dərinləşir. Hakimiyyətdə olan Paşinyan və onun komandası ilə xalq arasında fikir ayrılıqları genişlənir. Ermənistan əhalisi müharibə istəməyərək sülh müqaviləsinin vacib olduğundan danışanda sorusçuların planın tərkib hissəsi olan Nikol Paşinyan ABŞ və Fransanın dəstəyindən ruhlanaraq yenidən sərsəm bəyanatlar səsləndirir. Amma Ermənistanın ağılı başında olan insanları Paşinyanın sərsəm çağırışları ölkəsini məhv etdirəcəyini və Azərbaycanla sülh müqaviləsinin bağlanmasının alternativi olmadığını dilə gətirir . Qonşu dövlətlərdə hökm sürən durğunluq şəraitində ölkəmizdə siyasi-iqtisadi mənzərə sabitdir. 27 sentyabrda xalqımız şəhidlərin xatirəsini hörmət və ehtiramla andı, 44 günlük Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan günlərin qürurunu yaşayır. Bununla yanaşı Ermənistanın reallıqdan uzaq sərsəm xülyaları bizi yenə də düşündürməyə vadar edir”.

A.Badamov onu da qeyd edib ki, Azərbaycan iqtisadi-siyasi baxımından regionun ən güclü ölkəsidir:

“Ordu quruculuğumuz günü-gündən gücləndirilir. Ermənistanla şərti sərhəd ərazilərində qurulmuş hərbi bölmələrimiz gücləndirilir və düşmənin hərəkətlərinə daima nəzarət olunur. Əgər düşmənin bizə qarşı hər hansı təhlükəsi hiss olunarsa, o zaman Silahlı Qüvvələrimiz dərhal hərəkətə keçəcək və yenidən başını əzəcəkdir. Ən əsası isə ölkədə milli həmrəylik ruhu günü-gündən daha da güclənir və lazım gələn anda yenidən öz gücünü göstərməyə hazırdır”.

//Gülnarə Abasova, Editor.az