Qonşu ölkədə yayılmış qorxunc xəstəlik – Epidemiya yeni COVID-19 ola bilərbackend

Qonşu ölkədə yayılmış qorxunc xəstəlik – Epidemiya yeni COVID-19 ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 7 əyalətində, o cümlədən Hörmüzqan, Sistan-Bəlucistan, Buşehr, Xuzistan, Gilan, Mazandaran və Gülüstanda “Denqe qızdırması” yayılıb.

Yenisabah.az Nournews-a istinadla xəbər verir ki, o, “Aedes” və ya zebra ağcaqanadı dişləmələrindən yaranır.

İslam Respublikasınında yayılmaqda olan bu xəstələk BƏƏ-dən İrana daxil olub.

Ölkənin Səhiyyə Nazirliyi “Denqe qızdırması” ilə bağlı həyəcan təbili çalıb.

COVID-19 epidemiyasından sonra qonşu ölkədə “Denqe qızdırması” mövzusunda  konfransın keçirilməsi və medianın diqqətini bu xəstəliyə cəlb etmək qərara alınıb. Hazırda İranada xəstəliyə 146 müsbət yoluxma faktı müəyyən edilib.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin əksəriyyəti BƏƏ-yə, yeddisi isə Pakistan, Omana və Benin səyahət edib.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, ötən il dünyanın 80-dən çox ölkəsində 6,6 milyondan çox insanda “Denq qızdırması” qeydə alınıb.

2024-cü ilin 6 ayı ərzində ona yoluxma hallarının sayı 10 milyondan çox olub və 5000-dən çox insan həyatını itirib.

Aedes ağcaqanadının ömrü bir həftədən dörd həftəyə qədərdir. Müvafiq olaraq, bu ağcaqanadların çoxalmasının qarşısını almaq infeksiya riskini azalda bilər. Yetkin ağcaqanadlar həyatları boyu hər 1-2 saatda 1 dəfə, orta hesabla isə 40-50 qan yeməyi qəbul edirlər və xəstəlik ötürmək mümkündür.

Aedes ağcaqanadlarının yumurta qoyması və çoxalması üçün ideal mühit isti və rütubətli yerlərdir və buna uyğun olaraq isti hava və yağışın çox olduğu Afrika və Asiya ölkələri patogen ağcaqanadların çoxalmasına meyllidirlər.

Bəzi hesabatlar göstərir ki, hazırda 4 milyarda yaxın insan risk altındadır və onların arasında qlobal xəstəlik yükünün təxminən 70%-ini daşıyan Asiya ölkələri, eləcə də tropik və subtropik regionlar digər yerlərə nisbətən profilaktikaya daha çox ehtiyac duyurlar.

“Denge qızdırması”nın növləri və simptomları: yüksək hərarət, yorğunluq, əzələ ağrısı, baş ağrısı, mədə ağrısı, ishal, qusma və dəri tökülməsidir O, həmçinin, selikli qanaxma və tənəffüs problemləri kimi ciddi sağlamlıq problemlərinə səbəb olur.