Qonşu ölkələr İranı ərazilərinə yönəlmiş hücumları dayandırmağa çağırdıbackend

Qonşu ölkələr İranı ərazilərinə yönəlmiş hücumları dayandırmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 ərəb və islam ölkəsinin xarici işlər nazirləri İranı hücumları dərhal dayandırmağa çağırıblar.

Editor.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadən məlumat yayılıb.

Açıqlamada bildirilir ki, İran İslam Respublikasının Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumlar heç bir halda əsaslandırıla bilməz. Bu hücumların mülki infrastruktur və yaşayış məntəqələrini hədəf aldığı vurğulanaraq Tehranın dərhal bu addımlara son qoymasının zəruriliyi qeyd olunub.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən toplantıda iştirak edən tərəflər Körfəz Ərəb ölkələrinin özünümüdafiə hüququna malik olduqlarını bir daha təsdiqləyib, həmçinin İranın hərəkətlərinin qarşısının alınması istiqamətində səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin xarici işlər nazirləri iştirak ediblər.

//Gülnarə Abasova, Editor.az