Qonşu ölkələrdə devalvasiya manatın taleyinə necə təsir edəcək?- AÇIQLAMAbackend

Qonşu ölkələrdə devalvasiya manatın taleyinə necə təsir edəcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda manatın sabitliyinə təsir edəcək hansısa mənfi, fundamental amil mövcud deyil. Ölkənin xarici siyasətində, cari əməliyyatında kəskin müsbət artım var. Ona görə də adekvat pul-kredit siyasəti həyata keçirilərsə, istənilən ölkə siyasəti üçün müsbət sayılan səviyyədə milli valyutamızın məzənnəsini müəyyən etmək imkanları mövcuddur. Ona görə də sabitliyə təsir göstərəcək amil mümkün deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrdə milli valyutanın dəyərsizləşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməz:

“Ona görə ən vacib məqamlardan biri  idxaldan asılılığı azaltmaqdır. Əgər idxaldan asılılıq yüksək səviyyədədirsə, onda xarici ticarət tərəfdaşlarımızın valyutalarının dəyərdən düşməsi Azərbaycan bazarında həmin ölkələrin iqtisadi qurumlarının Azərbaycan biznesi ilə müqayisədə imkanlarının daha yaxşı olmasını şərtləndirəcək. İdxaldan asılılığımızı lazımı səviyyəyə sala bilsək, o zaman bunun bizim nə milli valyutamıza, nə də iqtisadiyyatımıza təsiri olacaq. Digər tərəfdən isə Mərkəzi Bank qarşısında belə bir dilemma var ki, əsas xarici ticarət tərəfdaşımız olan ölkələrdə milli valyuta dəyərsizləşərsə, yerli istehsalın stimullaşdırılması üçün devalvasiyaya getmək, yoxsa milli valyutamızı sabit saxlamaq lazımdır. Bu iki amil qarşısında sözsüz ki, milli valyutamızın sabitliyinin təmin olunmasını əsas götürməliyik. Əks halda investisiya mühiti alt-üst olacaq və iqtisadiyyatdakı problemlərin dərinləşməsinə də səbəb olacaq”.
 
//Safura Bənnayeva, Editor.az