Qonşu ölkələrlə bağlı yeni plan – Kreml ideologiyanı dəyişdibackend

Qonşu ölkələrlə bağlı yeni plan – Kreml ideologiyanı dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın siyasi elitası “Rus dünyası” ideologiyasının təbliğindən imtina etmək qərarına gəlib. Əvəzində Rusiyanı “qlobal nasizmə qarşı döyüşən ölkə” kimi təqdim etməyə başlayıblar.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərə görə, “Rus dünyası” tezisi Rusiyanın çoxmillətli tərkibinə uyğun gəlmir. Bundan başqa, Kreml Rusiyanı Qərbə qarşı olduqlarını iddia etdiyi dünyanın əksər ölkələrinə öncüllük etdiyi iddiasındadır. ISW bildirir ki, bu sırada olan bir çox ölkələr “Rus dünyası”nın qurulmasında iştirak etmək istəməsələr də, nasizmə qarşı mübarizəyə müsbət baxırlar.

ABŞ institutu əmindir ki, Kreml istənilən rəqibi və ola bilsin bütün Qərbi “nasistlər və ya onun ardıcılları” kimi etiketləyə bilər. Prezident Vladimir Putin Leninqradın blokadasının yarılmasının 80-ci ildönümündə demişdi ki, Rusiya Ukraynada Rusiya nasistlərlə mübarizə aparır.

ISW vurğulayıb ki, Putin Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanı uzun müddət saxlamaq üçün istifadə edə biləcəyi ideologiya yaratmağa çalışır. Görünür, “Rusiyanın nasizmə qarşı mübarizəsi” ideologiyası bu məqsədə ən uyğunudur.

Amerikalı analitiklərin fikrincə, “Rus dünyası” ilə yanaşı, yeni ideologiya da Rusiyanın qonşu ölkələrə qarşı imperiya və ya ərazi iddialarını əks etdirir.