Qorxunc müharibə proqnozu: “Yolun yarısına belə çatmamışıq, illərlə…”backend

Qorxunc müharibə proqnozu: “Yolun yarısına belə çatmamışıq, illərlə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcək, heç yolun yarısına belə çatmamışıq”.

Bunu Hollandiya xarici işlər naziri Vopke Hekstra deyib.

Nazir Ukraynaya hərbi yardımın sürətini azaltmadan davam etməli olduğunu bildirib.

Hekstra müharibədə daha çox əzmkarlığa ehtiyac olduğuna diqqət çəkib:

“Dözməliyik. İndi dəstəyi dayandırmaq olmaz, onda hər şey boşa çıxa bilər. İkinci Dünya Müharibəsinin də tezliklə bitəcəyini düşünürdülər. Heç yolun yarısına belə çatmamışıq”, – nazir vurğulayıb.

Hekstra qeyd edib ki, müharibənin nə qədər davam edəcəyinə başqaları yox, Ukraynanın özü qərar verəcək:

“Biz onları dəstəkləyirik. Aylarla, bəlkə də illərlə silah və texnika daşımaqdan başqa seçiminiz yoxdur. Əks halda, danışıqlardan danışmağa belə ehtiyac yoxdur. Döyüş meydanında güclü olanlar sonda danışıqlar masası arxasında uğur qazanacaqlar”./Teleqraf.com