Qoşqar Piriyevin ailəsində yeni “Vladimir Putin” yetişəcəkbackend

Qoşqar Piriyevin ailəsində yeni “Vladimir Putin” yetişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijnevartovska şəhərində ailələrdən biri yeni doğulan uşağına Vladimir-Putin adını vermək qərarına gəlib. Uşağın atası Qoşqar Piriyev “N1-Birinci Nijnevartovski” telekanalına uşağa ad seçimi barədə danışıb.

“Oğlumun doğulacağını biləndə həyat yoldaşıma dedim: “Mən onu prezidentin şərəfinə Vladimir-Putin adlandıracağam” dedi. Atanın sözlərinə görə, oğluna dövlət başçısının adını ona görə verib ki, onilliklər sonra o, Rusiya Federasiyası üçün “çox iş görən” Vladimir Putini xatırlatsın.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda yeni rayonun Putinin adının veriləcəyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az