Kiyev vilayətində rus işğalçıları Qostomel icmasının rəhbəri Yuri Prilipkonu güllələyiblər.
Editor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Qostomel qəsəbə sovetindən məlumat verilib. Məlumatda deyilir: “Qostomel icmasının sədri Yuri İliç Prilipko aclara çörək, xəstələrə dərman paylayır, çarəsizlərə isə təsəlli verərək dünyasını dəyişib”. Prlipko iki qardaşı – Ruslan Karpenko və İvan Zorya ilə birlikdə öldürülüb. Onlar insanlara humanitar yardım aparıbmışlar. “Heç kim onu işğalçıların gülləsi altına girməyə məcbur etməyib. O da yüzlərlə başqaları kimi zirzəmidə otura bilərdi və heç kim də onu qınamazdı. Amma insanlar onu gözləyirdilər, ümid edirdilər və inanırdılar. Və o, öz seçimini etdi”, – qəsəbə sovetinin məlumatında belə deyilir. Xatırladaq ki, Prilipkonun ölüm xəbəri hələ martın 3-də yayılmışdı. Lakin sonradan bu məlumat təkzib edildi və onun atəşə tutulsa da, sağ qaldığı məlum olmuşdu. Bu dəfə isə işğalçılar cinayətkar niyyətlərini həyata keçirə bildilər.
//Gülnarə Abasova, Editor.az

