Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyubbackend

Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat sürətli şəkildə inkişaf edib. Azərbaycanın fəaliyyəti və göstərdiyi səylər beynəlxalq nüfuza malik olmasını əks etdirir. Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Hərəkatın sədri, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışında bir çox mühüm məsələlərə toxundu. Bu çıxış dünya əhəmiyyətli məsələləri əhatə edirdi. Prezidentin çıxışı ona Azərbaycan Prezidenti kimi bəslənən rəğbət, ölkəmizin düzgün mövqeyi, bir sıra ölkə əhəmiyyətli məsələlərin də ifadə olunması baxımından kifayət qədər vacib və əhəmiyyətlidir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir. Hərəkatın koronavirusla mübarizə sahəsində gördüyü böyük işlərin coğrafiyası kifayət qədər genişdir. Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi, Zirvə toplantısında mühüm qərarların qəbulu və koronavirusla mübarizəyə ciddi töhfələrin verilməsi, BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması, BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında  “peyvənd millətçiliyi”nə qarşı qətnamələrin qəbul edilməsi kimi faktlar buna nümunədir. Bütün bunların həyata keçirilməsində Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi böyük əzm göstərmişdir.

Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə toxunaraq bütün dünyanın diqqətini bir sıra vacib məsələlərə çəkdi. Bu məsələlər Təhlükəsizlik Şurasının üzvlüyü ilə bağlı ədalətli qərarların qəbul edilməsinə çağırışdır. Bir daimi yerin Qoşulmamama Hərəkatına verilməsi, Afrikaya da daimi yerlərin verilməsinin vacibliyi kimi fikirlər qlobal məsələlərin həlli üçün səsləndirilən lazımlı təklifdir. Bundan başqa Azərbaycanın BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifi ilə çıxış etməsi də həm Qoşulmama Hərəkatının sədri kimi, həm də aparıcı dövlət kimi xüsusi rol oynadığını bildirir.

Şuşa Razılaşması əsasında yaradılmış Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Hərəkatın işində böyük töhfə verəcəyi şübhəsizdir. Bu qurumun böyük uğurlara imza atacağına inam yaradan amillərdən biri də Təşkilatın daimi katibliyinin Bakıda yerləşməsidir. Çünki, Azərbaycanda dünya üçün nümunəvi modelə çerilən gənclər siyasəti həyata keçirilib. Bu, təşkilatın işini həyata keçirməsi üçün potensialdır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Şahin İsmayılov