“Qoşunların plan üzrə yenidən qruplaşması gedir…” – General Konaşenkovbackend

“Qoşunların plan üzrə yenidən qruplaşması gedir…” – General Konaşenkov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının müdafiə nazirliyi ilk dəfə olaraq Xarkov istiqamətində öz qoşunlarının faktiki olaraq darmadağın edilməsinə münasibət bildirib.

Editor.az “moderator.az”-a istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi general Konaşenkov məlumat verib.

Generalın sözlərinə görə, qoşunların plan üzrə yenidən qruplaşması həyata keçirilir.

“Bu məqsədlə üç sutka ərzində qoşunların İzyum-Balakleya qruplaşmasının toplanışı və mütəşəkkil surətdə “Donetsk xalq respublikası”nın ərazisinə yenidən qruplaşması” üzrə əməlyyat keçirilib, – nazirliyin rəsmi nümayəndəsi iddia edib.

“Bu əməliyyatın gedişində qoşunların gerçək hərəkətlərini göstərən bir sıra yayındırıcı və nümayişkaranə tədbirlər görülüb”, – Konaşenkov Ukrayna tərəfinin itkilərinə də toxunub:

“Üç sutka ərzində iki mindən artıq ukraynalı və xarici yaraqlılar, habelə yüz vahiddən artıq zirehli texnika və artilleriya məhv edilib”.