Qrenlandiya adasının qiyməti: “Newsweek” jurnalından maraqlı açıqlamabackend

Qrenlandiya adasının qiyməti: “Newsweek” jurnalından maraqlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə “Newsweek” jurnalı öz hesablamalarına istinadən yazıb.

“Newsweek” öz hesablamalarını ABŞ-ın 33-cü prezidenti Harri Trumenin 1946-cı ildə adanı 100 milyon dollara almaq təklifi əsasında aparıb. İnflyasiyanı nəzərə alsaq, bu məbləğ indi 1,6 milyard dollara bərabər olacaq. Nəşr Danimarkanın hər il adaya ayırdığı 600 milyon dolları əlavə edib. Beləliklə, ABŞ-ın Qrenlandiyanı almaq üçün potensial təklifi illik ödənişlərlə 2,2 milyard dollar ola bilər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün lazımdır. Onun sözlərinə görə, əraziyə sahib olmaq ABŞ üçün Çin və Rusiyadan mövcud təhlükəsizlik risklərini minimuma endirəcək.

Qeyd edək ki, təxminən 56 min nəfər əhalisi olan Qrenlandiya adası hazırda Danimarkanın muxtar ərazisidir.

//Samir Qurbanov, Editor.az