Qrenlandiya uğrunda ABŞ-Avropa mübarizəsi qızışır: NATO adaya qoşun yerdirbackend

Qrenlandiya uğrunda ABŞ-Avropa mübarizəsi qızışır: NATO adaya qoşun yerdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) nümayəndələri ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı güc yolu ilə ələ keçirməyə cəhd edəcəyi təqdirdə mümkün cavab ssenarilərini müzakirə edirlər.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, müttəfiqlər Avropa ölkələrinin “onlarla” nümayəndəsinin iştirakı ilə qeyri-rəsmi danışıqlar aparıblar və orada adaya qoşun yeridilməsi məsələsinə toxunublar.

“The Telegraph” mənbələrə istinadən yazır ki, danışıqlarda Donald Tramp adanı güc yolu ilə ələ keçirməyə qərar verərsə, “NATO qoşunları ilə nə etməli” müzakirə olunub. “The Telegraph” yazır ki, xüsusilə, Amerikanın NATO üzvü olan digər dövlətə təcavüzü halında alyansın üzvlərinin Şimali Atlantika Müqaviləsi NATO üzvündən birinə hücumun alyansın bütün üzvlərinə hücum hesab ediləcəyini bildirən 5-ci maddəsini tətbiq edib-etməməsi müzakirə olunub. Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirmişdi ki, ölkə hakimiyyəti ABŞ prezidenti Donald Trampın Danimarka muxtariyyətini ilhaq etmək hədələrinə cavab olaraq Qrenlandiyaya Avropa qoşunlarının yerləşdirilməsi ilə bağlı Danimarka ilə müzakirələrə başlayıb.

Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Paris Danimarkadan kömək istəyəcəyi təqdirdə ona dəstək verməyə hazırdır.

2024-cü ilin dekabrında Donald Tramp Danimarkanın muxtar hissəsi olan Qrenlandiyanı almaq niyyətində olduğunu açıqlayıb. Bu fonda Danimarkanın müdafiə naziri adanın müdafiəsi üçün xərcləri artırmaq planlarını açıqlayıb. Qrenlandiyanın baş naziri Mute Boerup Egede bildirib ki, ada nə Danimarkaya, nə də ABŞ-a aid olmamalıdır.

//Samir Qurbanov, Editor.az