Qrip yoxsa yeni xəstəlik?- “Əgər bu simptomlar varsa…”- Həkimdən açıqlamabackend

Qrip yoxsa yeni xəstəlik?- “Əgər bu simptomlar varsa…”- Həkimdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə” Əmr imzalayıb.

Payız fəsli ilə əlaqəli əhali arasında xəstəlik artmağa başlayıb. Bu xəstəliklər əsasən uşaqlar və gənclər arasında özünü göstərir.

Koronavirus pandemiyasından sonra əhali belə xəstəliklərlə qarşılaşdıqda narahatlıq keçirir. Həqiqətən mövsümi xəstəliklərdir yoxsa yeni yaranmış hansısa xəstəliyin simptomlarıdır? Məsələyə münasibət bildirən pediatr Lamiyə Tağıyeva bildirib ki, 2020-ci ildə bütün dünyanı cənginə alan koronavirus pandemiyası insanların immun sisteminə mənfi təsir edib: “Belə ki vaxtilə bu xəstəliyə tutulmuş insanlarda indi immun sistemi çox zəifləyib.

Buna görə də mövsüm dəyişikliyi olanda tez-tez xəstələnə bilirlər. Eyni zamanda, qrip xəstəliyinin sürətlə yayılması hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədardır. Xəstəlikdən qorunmaq üçün isə mövsümə uyğun geyinmək, orqanizmi soyuq hava təsirindən qorumaq, simptomların müşahidə olunduğu, xəstələrlə kantaktda olmamaq lazımdır. Bununla yanaşı, profilaktik peyvəndlənmə vasitəsilə xəstəliyə yoluxmamaq, qorunmaq mümkündür”.

//Safura Bənnayeva, Editor.az