Qriqoryan ABŞ-a “elçi” qismində gedir?-“Ermənistan vəziyyəti öz xeyirinə dəyişmək istəyir”-ŞƏRHbackend

Qriqoryan ABŞ-a “elçi” qismində gedir?-“Ermənistan vəziyyəti öz xeyrinə dəyişmək istəyir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri ABŞ-Ermənistan münasibətləri, eyni zamanda, ABŞ-ın Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsinə yanaşmasının rəsmi İrəvan üçün qəbuledilən olmamasından qaynaqlanır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində təşkil edilən son Vaşinqton görüşündə Azərbaycanın konkret tələb və şərtləri təqdim edilib: ” Bu tələb və şərtlərin dəyişməz olduğu da növbəti dəfə bildirilib. Bir mənalı şəkildə tələb edilib ki, 10 noyabr bəyannaməsinin 4-cü müddəası qeyd-şərtsiz yerinə yetirilməlidir. Yəni, qeyri-qanuni silahlı birləşmələr Qarabağdan çıxarılmalıdır. Bu da beynəlxalq hüquqa uyğun davranışdır. ABŞ-da bunu təsdiq edir. Çünki başqa alternativ də yoxdur. Başqa bir ölkənin ordusunun hansısa dövlətin ərazisində olması terrorçu, işğalçı ünsürlər kimi dəyərləndirilir. Belə olduğu halda həmin ölkə, ərazisində olan qeyri-qanuni ordunu zərərsizləşdirmək, yaxud da ərazisindən çıxartmaq məcburiyyəti ilə üzləşir. Bu da beynəlxalq hüquqa görə özünü
müdafiə haqqıdır.Azərbaycanı bu iddiasından vazkeçirtmək mümkün deyil “.

Politoloqun fikrincə, Qarabağla bağlı rəsmi Bakının təklif və şərtləri ABŞ tərəfindən qəbul edilir: ” Qarabağda məsələ sülh yolu ilə həll edilmirsə, Azərbaycan birtərəfli qaydada antiterror əməliyyatı ilə öz ərazisindən bütün terrorçu ünsürləri çıxartmaq məcburiyyəti ilə üzləşəcək.
Rusiya son vaxtlar belə bir iddia irəli sürürdü ki, ABŞ Qarabağdakı separatçı rejimdən təcili olaraq Azərbaycanla dialoqa getməyi tələb edib. Əks təqdirdə antiterror əməliyyatı ilə üzləşəcəklərini bildiriblər. Bu informasiyanın doğruluğu rəsmən vurğulanmasa da gerçəkliyi özündə əks etdirir. Bundan narahat olan Ermənistan Təhlükəsizlik Şurasının katibini ABŞ-a göndərdi. Əsasən bu məsələ müzakirə predmenti olacaq. Rəsmi İrəvan çalışacaq ki, Qriqoriyan vasitəsilə Amerikada Qarabağla bağlı formalaşan bu fikri öz xeyirinə dəyişə bilsin. Lakin bu o qədər də asan məsələ deyil. Çünki ABŞ bu gün Qarabağda rus sülhməramlılarının varlığından narahatdır. Bu kontingenti oradan çıxartmağın yolunu Azərbaycanla Ermənistan rəhbərliyinin Qarabağla bağlı mövqelərini yaxınlaşdırmaqda və Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tərəfindən tam şəkildə tanınmasının siyasi sənəddə təsdiqlənməsində görür. Rəsmi İrəvan üzərinə götürdüyü şərtləri yerinə yetirdiyi halda rus sülhməramlılarının fəaliyyətinə ehtiyac qalmayacaq “.

Politoloq Qriqoriyanın bu səfərinin ABŞ rəhbərliyində fikir dəyişiklikliyinə səbəb olacağına güman etmir: “Əks təqdirdə Azərbaycanı heç kim dayandıra bilməyəcək. Qriqoriyan ABŞ tərəfindən ya razı salınacaq, ya da real alternativləri qəbul etmək məcburiyyətində qalacaq”.

//Safura Bənnayeva, Editor.az