Qriqoyran, Ttavukyan, Saakyan BMT-dən Azərbaycana atəş açırlarbackend

Qriqoyran, Ttavukyan, Saakyan BMT-dən Azərbaycana atəş açırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın və erməni xalqının bütün bəlalarının səbəbkarı olan erməni diasporası yenə öz ampluasındadır. Separatizm və millətçiliyi əsas ideoloji xətt kimi götürən diaspora 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən də görünür dərs çıxarmayıb. Bu dəfə də beynəlxalq təşkilatlarda fəaliyyət göstərən soydaşları vasitəsilə Azərbaycanın ünvanına hədyanlar yağdırmaqdadır. Və yenə də ikili mövqenin şahidi oluruq.

Həmin təşkilatlar baş verənlərə göz yummaqda davam edir, onların adından istifadə edən erməni əməkdaşlarının hərəkətinə reaksiya vermək istəmirlər. Ötən dəfə BMT kimi nüfuzlu beynəlxalq təşkilatın status və nüfuzundan istifadə edərək Azərbaycana qarşı millətçi və böhtan dolu hədyanlar yağdıran, Ermənistanın bəzi siyasi dairələrində separatizm və revanşist əhval-ruhiyyəni təbliğ edən adı çəkilən qurumun əməkdaşı Armen Qriqoryandan bəhs etmişdik. Üstündən neçə müddət keçməsinə baxmayaraq adıçəkilən şəxs barəsində BMT-dən hər hansı bir reaksiya və yaxud təpki daxil olmayıb. Armen Qriqoryanın peşə etikasını kobud şəkildə pozduğuna görə nəinki cəzalandırılıb, hətta vəzifədə yüksəlməsi ilə bağlı xəbərlər də yayılıb. Və görünür, çətin ki, nəsə gözləyək, çünki BMT-nin İnkişaf Proqramı (DP) üçün işçilərin işə götürülməsi prinsipi BMT-də Erməni Diasporu Mərkəzinin yaradılmasını daha çox xatırladır.

Yeri gəlmişkən, bu dəfə Meri Tavukyan adlı şəxs daha aktivdir. O da BMT İnkişaf Proqramının Baş Qərargahının İnsan Resursları Departamentində işləyir. Bu xanım bir neçə il əvvəl Ermənistanın “Artsax” adlandırdığı Azərbaycan ərazisinə dəfələrlə səfər edərək, səfər təəssüratlarını bölüşüb. BMT İnkişaf Proqramını Türkmənistanda təmsil edən Narine Saakyan adlı başqa bir erməni xanım həmin sosial şəbəkələrdə Ermənistanın keçmiş ombudsmanı Tonoyanın postunu ciddi şəkildə dəstəkləyib və o, bəyan edib: “Ermənistan, Artsax və diasporun birliyi! Fransaya təşəkkür edirəm!”

Maraqlısı budur: Türkmənistana işgüzar səfərindən əvvəl Narine xanım Şimali Makedoniya Respublikasında çalışıb və bu yaxınlarda onu artıq adıçəkilən Armen Qriqoryan əvəzləyib. Belə görünür ki, BMT İP-də erməni kadrların rotasiyası köklü prosesdir. Bu, heç kimi təəccübləndirməməlidir, çünki BMT İP-in baş qərargahında İnsan Resursları Departamentinin rəis müavini Naira Qriqoryandır. Görünən odur ki, BMT-nin ciddi bölməsini utanmadan, cəzasız qalaraq erməni maraqlar klubuna çevirən bəzi sıravi əməkdaşların həyata qaytarılması tələbi ilə yazılan məktublarımız onun iş masasının örtüyü altında qalır. BMT İP-dəki bütün separatçılara belə çıxır ki, Naira Qriqoryan himayə edir.