Qroznıda Rusiya Milli Qvardiyasına məxsus hərbi şəhərciyə dronla zərbə vurulubbackend

Qroznıda Rusiya Milli Qvardiyasına məxsus hərbi şəhərciyə dronla zərbə vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) alayına məxsus hərbi şəhərciyə dronla zərbə vurulub.

Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Qroznıda “Axmat-Sever” “Rosqvardiya” alayının yerləşdiyi ərazidə dron zərbəsindən sonra yanğın başlayıb.

Bununla bağlı yayılan videogörüntülərdə kazarmaların üzərindən tüstünün yüksəldiyi əks olunub.