Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFFƏRÜATIbackend

Qubada oğulun atasını balta ilə qətlə yetirməsinin TƏFFƏRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.

Editor.az-ın məlumatına görə, hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.

Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb.

Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Report